Kilian Mbappenin bu gün axşam keçiriləcək "Mançester Siti" - PSJ qarşılaşmasında meydana çıxacağıdır. 

Hələ Fransadakı məşqlərin birində xəsarət alan ulduz futbolçu 3 gündür ayağında ağrılar hiss edir. Adı iştirak ərizəsinə salınıb, İngiltərəyə gətirilib. Lakin meydana çıxıb-çıxmayacağı bilinmir.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Maurisio Poçettino bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib. Argentinalı mütəxəssis yetirməsinin son durumundan söz açıb: "Hələ ki, fərdi məşqlərlə kifayətlənir. Bu gün son durumuna baxıb, qərar verəcəyik. Axşama qədər gözləməliyik. Hər şey özünü necə hiss etməsindən asılı olacaq. Hətta Kilian oynamasa da, onu əvəz edəcək başqa futbolçularımız var. Qələbə qazanmaq üçün hər cür keyfiyyətlərə sahibik".

Qeyd edək ki, ötən həftə Fransada baş tutan oyunda ingilislər 2:1 hesabı ilə qələbə qazanmışdı. Bu axşamkı cavab görüşü Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.