Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilir.

Offsideplus.az xəbər verir ki, "Yuventus" səfərdə 1:2 hesabı ilə məğlub olduğu "Portu"nu qəbul edəcək. Sabah isə "Barselona" öz meydanında 1:4 hesabı ilə uduzduğu PSJ-nin qonağı olacaq.

Bu görüşlər Messi və Ronaldo ilə bağlı 16 ildən sonra bir ilki gerçəkləşdirə bilər. Belə ki, komandaları mərhələ adlaya bilməyəcəkləri təqdirdə hər iki futbolçu 1/4 finalda oynamaqdan məhrum olacaq.

Bu fakt isə son dəfə 2004/2005-ci illər mövsümünə təsadüf edib.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə 00:00-da start götürəcək.