UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Moskva “Lokomotiv”ini məğlub edən “Atletiko”nun futbolçusu Joao Feliks rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, görüşdə hesabı açan 19 yaşlı portuqaliyalı hücumçu Çempionlar Liqasında qol vuran ən gənc “Atletiko”lu futbolçu olub.
Feliksdən əvvəl bu rekord hazırda “Mançester Siti”də çıxış edən Serxio Aqueroya aid idi. Argentinalı hücumçu 2008-ci ildə “Atletiko”nun heyətində ÇL matçında qol vurarkən 20 yaşında olub.