"Barselona" klubu ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib. 

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunun karyerasını başa vuracağı vaxta qədər komandada qalmasını istəyir. Bu səbəbdən klub 32 yaşlı oyunçunun müqaviləsinin müddətini özünün seçməsini təklif edib. "Barsa"nın Messinin ən azı 2023-cü ilin yayına kimi komandada qalmağı istədiyi vurğulanıb.

Messi və agentinin gələn yeni təklifi bəyəndiyi bildirilib. "Barselona"da hazırda ilinə 34 milyon avro maaş alan Argentina millisinin üzvü yeni təklifi qəbul edəcəyi təqdirdə, eyni məbləği almağa davam edəcəyi qeyd olunub.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.