"Bayer"in futbolçusu Florian Virts Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Virts Çempionlar Liqasının Liqa mərhələsinin "Zalsburq"la 5-ci tur ev oyununda (5:0) "əczaçılar"ın qələbəsinə 2 qol və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.