Madrid klubu Çempionlar Liqasında "Milan"a 3:1 hesabı ilə uduzduqdan sonra komanda daxilində gərgin anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, Federiko Valverdenin həyat yoldaşı Mina Bonino sosial şəbəkədə baş məşqçi Karlo Ançelottini tənqid edib.

Bonino Valverdenin sağ cinahda oynanmasına reaksiya verib və onun ən məhsuldar olduğu mövqenin yarımmüdafiə olduğunu bildirib. Lakin o, hesabının sındırıldığını iddia edərək, tezliklə paylaşımlarını silib.