Kilian Mbappenin "Real Madrid"də debüt edəcəyi matç bəlli olub.

Offsideplus.az xəbər verir ki, fransız forvardın "Kral klubu"nda ilk oyunu UEFA Super Kuboku finalı olacaq. Bu barədə Karlo Ançelotti açıqlama verib:

"Mbappe Super Kubokda start heyətdə oynaya bilər, Bellinqem də həmçinin".

Qeyd edək ki, "Real Madrid" və "Atalanta" komandaları arasında baş tutacaq final matçı 14 avqust Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.