Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Linkoln Red İmps"lə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu gün Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirildi.
Mütəxəssis görüşlə bağlı bunları söylədi:
"Bakıda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. Rəqibi daha yaxşı tanıyırıq. İlk oyunda qələbə qazanmışıq. Çox yaxşı müdafiə olunurlar. Buna baxmayaraq, onları yaxşı təhlil etmişik. Bu oyun vacibdir. Burada qələbə qazanacağımız təqdirdə, Konfrans Liqasının qrup mərhələsini təmin edəcəyik. Bu səbəbdən də qarşılaşmaya ciddi hazırlaşacağıq".
Çalışdırıcı komandada olan problemlərdən də danışdı:
"Komandada hansısa narahatçılıq yoxdur. Kollektiv daxili nüanslar var. İl boyu belə şeylərlə rastlaşırıq. Çalışırıq ki, belə şeyləri tez vaxta həll etməyə. Bura zədələr, transfer müddəti aiddir. Uzun müddətdir buradayam. Belə hadisələrlə tez-tez rastlaşırıq. Bizim üçün əsas problem rəqibdir. Kimliyindən asılı olmayaraq onlara qarşı həmişə ciddi hazırBaşqa ciddi problem görmürəm".