Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Tottenhem"ə uduzan (1:2) "Marsel" qrup sonuncusu olub və avrokuboklarla vidalaşıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra Fransa komandasının yeganə qolunun müəllifi Mbemba verdiyi açıqlama ilə diqqət çəkib. "RMC Sport"a danışan futbolçu meydandakı futbolçuların 1:1 hesablı heç-heçə olarsa, Avropa Liqasına vəsiqə qazanmaq şanslarından bixəbər olduqlarını söyləyib:

"Bərabərliklə Avropa Liqasını qarantilədiyimizi bilmirdik. Ehtiyatdakı oyunçular bilirdi, lakin meydandakıların xəbəri yox idi. Əlaqə saxlamamışdıq. Bu bizim səhvimizdir, bilmirdik".

Qeyd edək ki, "Tottenhem"lə oyunda 45+2 dəqiqədə ilk qolu vuran "Marsel" həmin hesaba görə qrup birincisi idi. Lakin məğlubiyyətdən sonra İqor Tüdorun komandası qrupu son pillədə başa vurub.