"Liverpul" klubunun futbolçusu Trent Aleksandr-Arnold UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, ingiltərəli oyunçu buna turnirin 2021/22 mövsümünün finalında "Real"la görüşdə iştirak etməklə nail olub.

O, qarşılaşmada meydana start heyətdə çıxıb. Bu, adıçəkilən oyunçunun ÇL-də 3-cü finalıdır. O, daha əvvəl "mersisaydlılar"la 2018-ci ildə "Real"la (1:3), 2019-cu ildə isə "Tottenhem"lə (2:0) görüşdə meydanda olub. 23 yaş 233 günlüyündə olan futbolçu nəticədə turnir tarixində üç dəfə finala çıxan ən gənc oyunçu adını qazanıb. O, "Bavariya"nın futbolçusu Tomas Müllerin rekordunu qırıb.