Dünən baş tutan "Real" - "Çelsi" oyununda (1:1) qol vuran Kristian Pulişiç adını Çempionlar Liqasının tarixinə yazdırıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi turnirinin yarımfinalında qol vurmağı bacaran ilk ABŞ-lı futbolçu olub. Bundan əlavə, Pulişiç bütün turnirlərdə "Real"ın qapısına yol tapan ilk ABŞ-lı futbolçu ünvanını da əldə edib.
Qeyd edək ki, "Çelsi" və "Real" komandaları arasında cavab qarşılaşması mayın 5-də baş tutacaq.