UEFA Çempionlar Liqasının 1/4 finalında baş tutan "Real" - "Liverpul" oyunundan (3:1) sonra komandaların baş məşqçiləri mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl "Real"ın ikinci stadionu "Alfredo Di Stefano"nu tənqid edən Yürqen Kloppa Zinədin Zidan cavab verib:

"Kloppun "Di Stefano" barədə fikirləri barədə danışmaq istəmirəm. Bura bizim stadionumuzdur və rəqib buna hörmətlə yanaşmalıdır".

Qeyd edək ki, ötən gün "Liverpul"un baş məşqçisi stadionu məşq bazasına bənzətmişdi.