Münhen "Bavariya"sının əsas qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalında "Latsio" ilə cavab oyununu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb baş məşqçi Hans Diter Flikin 34 yaşlı əlcək ustasına istirahət vermək istəməsidir. Ona görə futbolçu komandanın səhər məşqində də iştirak etməyib. 

Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - "Latsio" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.