“Bavariya” klubunun baş məşqçisi Hansi Flik "Barselona" ilə baş tutacaq Çempionlar Liqası yarımfinal matçı öncəsi açıqlamalar edib.

Offsideplus.az xəbər verir ki, “Bavariya”nın baş məşqçisi “Barselona”nın ancaq Messidən ibarət olmadığını qeyd edib:

We have a plan to stop Messi

“Bavariya” Messiyə qarşı deyil, “Barselona”ya qarşı oynayacaq. Təbii ki, Messinin qabağını alacaq tədbirlər düşünmüşük. Messini komanda olaraq qarşılayacağıq. Boşluqları müşahidə edib onu təzyiq altına salacaq və təkbətək mübarizədə qalib gəlməyə çalışacağıq. Son illərin ən dominant komandası olaraq “Barselona”ya hörmət edirik. Çox sayda klub və baş məşqçi onlardan ilham alıb. “Barselona”nı izləmək böyük zövqdür. Ancaq “Barselona”dan çıxan tək futbolçu Messi deyil. Jerard Pike, Antuan Qrizmann, İvan Rakitiç, Mark-Andre ter Ştegen və Luiz Suarez kimi yüksək səviyyədə futbolçuları da var. Çox böyük səviyyəyə və təcrübəyə sahibdirlər. Onlara qarşı bir planımız var və ümid edirəm ki, işə yarayacaq”.

Qeyd edək ki, "Barselona" - "Bavariya" matçı bu gün saat 23:00-da başlayacaq.