"Mançester Siti" klubunun argentinalı futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab oyununu buraxacaq.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu "kral klubu" ilə görüşə kimi zədədən bərpa ola bilməyəcək. Məlumatı Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola da təsdiqləyib.
Qeyd edək ki, Aquero İngiltərə Premyer Liqasında "Bernli" ilə matçda zədələndiyi üçün əməliyyat edilib.
Əlavə edək ki, "Mançester Siti" - "Real" görüşü avqustun 7-i keçiriləcək.