Bu gün Misli Premyer Liqasında XXXII turu start götürüb.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Tovuzda keçirilib. Burada yerli "Turan Tovuz" "Şamaxı"nı qəbul edib və 1:1 hesablı heç-heçə qeydə alınıb.
Bu qarşılaşmadan sonra "Turan Tovuz" turnir cədvəlində 49 xalla 4-cü pillədə qərarlaşıb. 6-cı yeri turan "Şamaxı" isə xallarının sayını 35-ə çatdırıb.
25 aprel
“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan, 54. - Brahim Konate, 56.
Tovuz şəhər stadionu. Saat 19:00
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov