Bu gün Qəbələ futbol ictimaiyyəti üçün tarixi gün olub 

Offsideplus.az xəbər verir ki, şəhərin eyniadlı komandası I Liqada çempionluğu rəsmiləşdirib.

Kaxaber Sxadadzenin komandası I Liqanın XXIII turunda MOİK-i məğlub edərək, 4 tur qabaqcadan qızıl medalları təmin edib.

Beləliklə, 1 illik fasilədən sonra Misli Premyer Liqasına qayıdır. 2006-2024-cü illərdə Premyer Liqada çıxış edən "Qəbələ" 2 dəfə gümüş, 3 dəfə bürünc medal qazanıblar. "Qara-qırmızılar" ilk titula 2019-cu ildə kuboku qazanmaqla nail olublar.

I Liqa, XXIII tur

18:00 "Qəbələ" - MOİK 1:0

Elşad Tağıyev, 90+7 (pen.)