"Qalatasaray" klubu icarə əsasında heyətində olan Viktor Osimhen yayda komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, Osimhenin Avropa nəhənglərindən birinə transfer olacağı gözlənilir.

"Sarı-qırmızılar" nigeriyalı hücumçunun yerinə Rasmus Hoylund transfer etmək istəyir.

Bu barədə jurnalist Arda Özkurt məlumat yayıb.

"Qalatasaray" danimarkalı futbolçunu yaxından təqib edir. Yayda əsas hədəflərdən biri o olacaq.