Azərbaycan Kubokunun finalında nominal meydan sahibi məlum olub.

Offsideplus.az xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ" nominal meydan sahibi seçilib.

Püşkatmada PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ”ın menecer Fərid Ağayev və “Sabah”ın icraçı direktoru Pərvin Piriyev iştirak edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 31 may tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.