UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ı rəqibi olan APOEL bu gecə Bakıya gəlir. 

Ağdam klubunun mətbuat xidmətindən verilən xəbərə görə, Nikosiya təmsilçisini çarter reysi ilə gətirəcək təyyarənin gecə saat 2-də Bakıya enəcəyi gözlənilir.

Sabah saat 19.00-da isə APOEL-in matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, APOEL evdəki matçda “Qarabağ”a 2:1 hesabı ilə uduzub. Bu komandaların cavab görüşü avqustun 13-də olacaq.(qol.az)