Madriddə keçiriləcək Çempionlar Liqasının final oyununun hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki UEFA "Liverpul"la "Tottenhem" arasında baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.
Oyunda Damir Skomina ədaləti qoruyacaq. Ona yan xətt hakimləri Yure Praprotnik və Robert Vukan kömək edəcək. Dördüncü hakim funksiyasını ispaniyalı Antonio Mateu Lahoz yerinə yetirəcək.
Finalda əsas video-köməkçi hakim (VAR) Danny Makkelie (Hollandiya) olacaq. Ona həmyerlisi Pol van Bokel və almaniyalı Feliks Zvayer yardımçı olacaq. VAR-da oyundankənar vəziyyətə isə Mark Borş (Almaniya) baxacaq.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu iyunun 1-də "Vanda Metropolitano" stadionunda keçiriləcək.