"Gəncə" heyətinə daha bir legioner cəlb edib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dən olan Cordan Forbs ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı basketbolçu ampluaca hücumçudur. Boyu 190 sm olan Forbs "Gəncə"də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Cordanın son klubu Avstraliyanın I Liqasında çıxış edən "Strut Sabres" olub.