Türkiyə Superliqasının təmsilçisi “Antalyaspor” yeni baş məşqçisini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, klubdan yayılan məlumata görə, Sami Uğurlu ilə 2025–2026 mövsümünün sonunadək müqavilə imzalanıb.

Klubun açıqlamasında deyilir:
“Antalyaspor"umuz, baş məşqçi, hörmətli Sami Uğurlu ilə 2025–2026 mövsümünün sonuna qədər müqavilə imzaladı. Məşqçimizə xoş gəlmisiniz deyir, qırmızı-ağ loqomuz altında uğurlar arzulayırıq.”