"Fənərbağça" klubu Rodriqo Bekaonun heyətdən uzaqlaşdırıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uzaqlaşdırılma səbəbi açıqlanmayıb.

R. Bekao 2023-cü ildə "Fənərbağça"ya transfer olunub.

O, cari mövsüm cəmi bir oyunda 6 dəqiqə meydanda olub.