Trendyol Superliqanın 24-cü həftəsində keçirilən çətin görüşdə "Antalyaspor" ilə "Fənərbağça" 2-2 hesabı ilə bərabərə qalıb.

Offsideplus.az xəbər verir ki, görüşdə "Antalya"nın qolları 43-cü dəqiqədə Levent Mercanın öz qapısına vurduğu top və 49-cu dəqiqədə Van de Streekin qolu ilə qeydə alınıb.

"Fənərbağça"nın qollarını isə 63-cü dəqiqədə Sidiki Şerif və 69-cu dəqiqədə öz qapısına Veysel Sarı tərəfindən vurulan top təşkil edib.

Bu nəticə ilə "Fənərbağça" xallarını 54-ə çatdırıb, "Antalyaspor" isə 24 xal toplayıb.

Liqanın növbəti həftəsində "Fənərbağça" evdə "Samsunspor" ilə qarşılaşacaq, "Antalyaspor" isə səfərdə "Çaykur Rizespor" ilə üz-üzə gələcək.

#baki #baku #bakuws #bakuws1