Mövsümün sonunda müqavilə müddəti başa çatan “Qalatasaray”ın ulduz futbolçusu Maurio İkardi ilə İtaliya klubları yaxından maraqlanır.
Offsideplus.az "Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu digər təklifləri dəyərləndirməzdən əvvəl “Qalatasaray”ın rəsmi təklifini dinləmək niyyətindədir.
Məlumata görə, İstanbul təmsilçisi ulduz futbolçu ilə gələn həftə yeni müqavilə məsələsini müzakirə edəcək.
Bildirilir ki, futbolçunun illik təxminən 11 milyon avro məvacibi klub tərəfindən azaldıla bilər. Əgər İtaliyadan cəlbedici təklif gələrsə, 33 yaşlı futbolçu bu variantı da nəzərdən keçirə bilər.
Qeyd edək ki, hücumçu cari mövsümdə “Qalatasaray”ın heyətində ümumilikdə 36 rəsmi oyuna çıxıb. O, bu matçlarda 15 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



