"Qalatasaray"ın sabiq futbolçusu Henri Onyekuru yenidən Türkiyədə çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, Super Liqanın debütantı "Gençlerbirliği" nigeriyalı vingeri heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi sosial media hesabı məlumat yayıb.

Onyekuru daha öncə Türkiyədə "Qalatasaray"dan başqa "Adana Demirspor"un da formasını geyinib.

O, son olaraq Səudiyyə Ərəbistanın "Əl-Feyha" klubunda çxış edib.