"Fənərbağça" klubunda yeni prezident seçkisi keçirilməyəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, seçki üçün gərəkən 14,500 imzadan cəmi 229-u toplanıb. Bu isə vaxtından əvvəl prezident seçkisinin baş tutması üçün kifayət deyil. 

2024-25 mövsümünün titulsuz başa vurulması ilə Kadıköy komandasının azarkeşləri A.Koçun vəzifəsindən getməsini tələb edir.

Qeyd edək ki, Ali Koç 2024-cü ildə üçüncü dəfə "sarı-lacivərtlər"in prezidenti seçilib.