Yay transfer pəncərəsinə iddialı hazırlaşan “Fənərbağça” ən azı 4 super ulduz futbolçunu heyətinə qatmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin prioritet hədəflərindən biri İngiltərənin “Mançester Siti” klubunda çıxış edən Cek Qrilişdir.
Klubun idman direktoru Mario Branco İngiltərəyə səfər edəcək. O, həm “Mançester Siti” rəsmiləri, həm də 28 yaşlı futbolçunun meneceri ilə birbaşa görüşlər keçirməyi planlaşdırır.
Qeyd edək ki, Cek Qriliş bu mövsüm “Siti”nin heyətində gözlənilən performansı göstərə bilməyib və mövsümün sonunda onun komandadan ayrılacağı ilə bağlı iddialar səngimir. “Fənərbağça” rəhbərliyi bu fürsətdən yararlanmaq niyyətindədir.