Türkiyənin "Fənərbağça" klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.

Offsideplus.az xəbər verir ki, hazırda icarə əsasında İstanbul təmsilçisində çıxış edən Allan Sen-Maksimen gələn mövsüm heyətdə düşünülmür. "Sarı-lacıvərdlilər" onun yerinə Alan Virciniyus transfer etmək istəyir. Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Virciniyus İsveçrə "Yanq Boyz" klubunun formasını geyinir. O, müqavilə ilə "Lill"ə məxsusdur.

22 yaşlı cinah hücumçusu cari mövsüm 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

"Fənərbağça" onun üçün 2.5 milyon avro ödəməyə hazırdır.