"Alanyaspor" klubunun yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Joau Pereyra Türkiyə Super Liqası komandasını çalışdıracaq. Bu barədə "Record" nəşri məlumat yayıb. 

O, "Sportinq"in B komandasının sükanı arxasındadır. 2024-cü ildə əsas komandaya gəririlsə də, özünü doğrulda bilmədiyi üçün (4 ardıcıl məğlubiyyət) əvəzedici kollektivə qaytarılıb. 41 yaşlı mütəxəssis Türkiyə klubunda bir müddət əvvəl istefaya göndərilən Sami Uğurlunu əvəzləyəcək. 

Qeyd edək ki, komanda hazırda 31 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.