İstanbulun "Fənərbağça" klubunun daha bir futbolçusu ABŞ-a köçmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, mövsümün sonunda "sari-lacivərdlilər"dən ayrılacaq Duşan Tadiç karyerasını okeanın o tayında davam etdirmək istəyir.

36 yaşlı yarımmüdafiəçiyə MLS-in 2 klubundan təklif var. Eyni zamanda Tadiçin keçmiş komandası "Ayaks"a dönmək variantı da var.

Qeyd edək ki, artıq "Fənərbağça"nın bir futbolçusu ABŞ çempionatında oynayır. Cengiz Ünder bu ilin yanvarında "Los Angeles"ə icarəyə verilib.

BU DA MARAQLIDIR:

"Bayer"də gözlənilməz ayrılıq baş verir