Türkiyənin "Fənərbağça" klubunun aparıcı oyunçularından biri Duşan Tadiç komandadan ayrılır.
Offsideplus.az xəbər verir ki, bu barədə TRT Spor məlumat yayıb.
İddialara görə, serb futbolçu keçmiş komandası "Ayaks"a qayıdır. Tərəflər arasında ilkin razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, Tadiç 2023-cü ildən "sarı-lacivərdlilər"in şərəfini qoruyur. İndiyədək "Fənərbağça"da 98 matçda 27 qol vuran futbolçu cari mövsüm Türkiyə Superliqasında ən çox məhsuldar ötürmə verənlərdən biridir (11 dəfə). O, 2018-23-cü illərdə "Ayaks"ın formasını geyinib.