FIFA Türkiyənin "Sivasspor" klubunu cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, dünyanın ən ali futbol qurumu Sivas təmsilçisinin 3 transfer dövrü ərzində heyətə futbolçu cəlb etməsinə qadağa qoyub.
Bununla bağlı qərar FIFA-nın rəsmi saytında yerləşdirilb.
"Sivasspor"un hansı səbəbdən belə ağır cəzaya məruz qalması dəqiq açıqlanmır. Ehtimallara görə, klub transfer qaydalarını pozduğundan FIFA-nın sanksiyaya əl atıb.
Qeyd edək ki, sözügedən komanda hazırda Türkiyə Superliqasında 24 oyundan 24 xalla 15-ci sırada qərarlaşıb.