"Barselona"nın oyunçusu "Fənərbağça"nın "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" Ansu Fatini transfer gündəminə alıb. Bu barədə "Fichajes" məlumat yayıb.

Mourinyonun Ansunun keçidi ilə hücum xəttindəki rəqabəti artırmağı hədəflədiyi qeyd edilib.

Xatırladaq ki, 22 yaşlı oyunçu 2024/25 mövsümündə "Barsa" forması ilə 8 oyunda meydana çıxıb və cəmi 186 dəqiqə oynamaq şansı qazanıb. Fərqlənməyi bacarmayıb.