Cengiz Ünder karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə "Əl-Şəbab" maraqlanır. Fatih Terim türkiyəli oyunçunu komandasında görmək istəyir.

"Fənərbağça"da əsas heyətə düşə bilməyən Cengiz İstanbul təmsilçisindən ayrılmaq istəyir. "Sarı-lacivərtlilər" əlavə xərclərdən qurtulmaq üçün oyunçu ilə yolları ayırmaq istəyir.