Türkiyəli futbolçu Cengiz Ünder karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "Fanatik" yayıb. Yarımmüdafiəçi karyerasını "Torino"da davam etdirə bilər.

Türkiyəlinin yanvarda icarə əsasında karyerasını Turin təmsilçisinə keçmək ehtimalı var. 

Seriya A təmsilçisi "Fənərbağça"dan oyunçunun maaşının az hissəsini tələb edir. 

Qeyd edək ki, Cengiz bu mövsüm cəmi 3 oyunda meydana çıxıb.