"Qarabağ"ın yarımmüdafiəçisi Toral Bayramova Türkiyədən "elçi" var.

Offsideplus.az "Azerisport"a istinadən xəbər verir ki, "Alanyaspor" klubu 23 yaşlı futbolçunu heyətində görmək istəyir. Lakin keçidin qış və ya yay transfer pəncərəsində gerçəkləşməsi dəqiq deyil. 

Azərbaycan millisinin üzvünü uzun müddət diqqətdə saxlayan klub futbolçunun mümkün transferi ilə bağlı Ağdam təmsilçisi ilə danışıqlara başlamağa hazırlaşır. Toralın "Transfermarkt"də satış qiyməti 1 milyon avro civarındadır. 

"Alanyaspor" hazırda Türkiyə Super Liqasında 9 xalla 16-cı yerdədir — autsayderdir. 

Xatırladaq ki, Toral Bayramovun "köhlən atlar"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.