"Qalatasaray" Trendyol Super Liqasının 9-cu turunda səfərdə "Antalyaspor"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, "Cimbom" bu matçda qalib gəlsə, Superliqa tarixində ən uzun səfər qalibiyyəti seriyası rekordunun yeni sahibi olacaq.

Belə ki, ötən mövsümün son 9 səfər matçında qalib gələn “Qalatasaray”, bu mövsüm səfərdə keçirdiyi 3 matçı itkisiz keçirib. Səfərdə 12 oyunluq qalibiyyət seriyası olan "Cimbom" "Fənərbağça"nın rekord ortağıdır. 

"Aslanlar" səfərdə "Antalyaspor"u məğlub etsə, səfərdə ardıcıl 13 qələbə qazanaraq Super Liqa rekordunu qıracaq.