Volkan Demirel Super Liqa təmsilçisinin "sükanı arxası"na keçə bilər.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisin bir neçə gün öncə baş məşqçisi Valkanislə yollarını ayıran "Adana Demirspor"u çalışdıracağı iddia edilir. Bu barədə "Fanatik" məlumat yayıb.
Demirelin Adana təmsilçisinin rəhbəri Murat Sancak ilə görüşdüyü və yaxın günlərdə müqavilə müddətinin dəqiqləşəcəyi öyrənilib.
Qeyd edək ki, 6 turdan sonra 1 xal toplayan komanda Türkiyə Super Liqasında sonuncu pillədə qərarlaşıb.