"Boluspor"un yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, I Liqa təmsilçisini Serhat Gülpınar çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bolu təmsilçisi 45 yaşlı mütəxəssislə 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli bu ilin yanvarından "Boluspor"da çıxış edir.