2018/19 mövsümündən  “Fənərbağça”da forma geyinən Serdar Aziz klub ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçuya transfer danışıqları üçün icazə verildiyini bildirib.

Qeyd edək ki, müdafiəçi bu günə qədər komandanın heyətində 135 oyun keçirib, 11 qol və 6 qol ötürməsi ilə yadda qalıb.