"Fənərbağça" klubu və Joze Mourinyo arasında imzalanacaq müqavilənin detalları bəlli olub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2 illik sözləşmə bağlanacaq. Bundan əlavə, müqavilənin müddətini daha bir il artırmaq müddəası da olacaq.
Qeyd edək ki, "Fənərbağça" klubunda prezidentliyə namizəd Aziz Yıldırım daha öncə Mourinyonu komandaya gətirəcəyini demişdi.