"Fənərbağça" klubunda prezidentliyə namizədlərdən olan Aziz Yıldırım baş məşqçi postu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in sabiq prezidenti Joze Mourinyonu komandanın baş məşqçisi etməkdə israrlıdır. Aziz Yıldırım deyib:
"Gələn həftə Joze Mourinyonu İstanbula gətirəcəm. Biz 3 illik prezidentliyə gəlirik, Mourinyoda 3 il müddətinəbaş məşqçimiz olacaq".
Qeyd edək ki, "Fənərbağça" klubunda prezident seçkiləri 30-31 may tarixlərində baş tutacaq.