Hücum xəttini gücləndirmək istəyən "Fənərbağça" "Real Madrid"lə rəqabət aparmalı olacaq.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Leyptsiq"in futbolçusu Timo Vernerin keçidində maraqlıdır. Almaniya millisinin üzvü 'Kral klubu'nun da transfer siyahısındadır. Braziliya yığmasının heyətində Kolumbiyaya qarşı matçda zədələnən Vinisyus Juniorun əvəzinə əsas namizəd 27 yaşlı vingerdir.
Bu mövsüm 13 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan "Leyptsiq"in üzvü ilə hazırkı klubu da yanvarda yolları ayırmağa hazırdır.