"Hatayspor"da çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Superliqanın 9-c turunda "Fənərbaxça" ilə keçirlən oyunla bağlı qısa fikir bildirib.
Offsideplus.az xəbər verir ki, o, 2:4 hesabı ilə uduzduqları matçla bağı İnstaqram hesabında paylaşım edib.
"Güclü rəqib qarşısında istədiyimiz nəticəni qazana bilmədik. Cümə günü keçiriləcək növbəti matça köklənəcəyik", - deyə Dadaşov bildirib.
Xatırladaq ki, oyuna start heyətində çıxan Renat Dadaşov sonadək meydanda olub.