Türkiyənin "Trabzonspor" klubunun yeni transferi Nikola Pepenin son durumu məlum olub.

 Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, 28 yaşlı vinger MRT müayinəsindən keçib və onun zədəsinin ciddi olmadığı müəyyənləşib.

28 yaşlı fransalı futbolçu növbəti həftə yeni komandasının heyətində meydana çıxa biləcək.