Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Süleyman Cebeci ilə müqavilə bağlayıb.

20 yaşlı futbolçu ilə 2027-ci ilədək sözləşmə imzalanıb.