Yeni transfer Nikolas Pepe Trabzona gəlib.

Offsideplus.az  xəbər verir ki,  "Trabzonspor"un anlaşdığı Nikolas Pepeni daşıyan təyyarə şəhərə gəlib.
"Arsenal"la müqaviləsinə xitam verdikdən sonra "Trabzonspor"a imza atan Nikolas Pepe artıq Trabzondadır. Premyer Liqadan transfer edilən Pepeni Trabzon Hava Limanında tünd "qırmızı-mavili" azarkeşlər şüarlarla qarşılayıb.

Transferindən çox xoşbəxt olduğunu dilə gətirən Pepe öz təəssüratlarını bölüşüb.

"Hər kəsə təşəkkür edirəm. Hər şey inanılmaz idi. Transfer prosesi yaxşı keçdi. Mənə inandığı və güvəndiyi üçün Trabzonspora təşəkkür edirəm. Trabzon bizim üçün hər yerdədir".