Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünə start verilib. 

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Trabzonspor" doğma meydanda "Antalyaspor"u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Türkiyə Super Liqası, I tur
"Trabzonspor" - "Antalyaspor" - 1:0
Qol: Densvil, 8

Qeyd edək ki, turun digər görüşləri 12-13-14 avqust tarixlərində keçiriləcək.